AZ

“Qış fasiləsindən sonra heyətimiz zəiflədi, aparıcı futbolçular getdi” – 0:5 üçün bu izahat?!

Əvəzedicilər liqasının 22-ci turunda liderliyə iddialı komandalar üz-üzə gəldi. “Sabah-2” “Turan Tovuz-2”ni darmadağın etdi (5:0). Meydan sahibləri bu qələbə hesabına “Turan Tovuz-2” ilə aradakı xal fərqini bir qədər də azaltdı.

“Turan Tovuz-2”nin baş məşqçisi Nizami Ocaqverdiyev sürpriz darmadağınla bağlı “Football-plus.az”a danışdı:

“Heyətimizdəki aparıcı futbolçular yoxdu. Komandanı yenidən formalaşdırırq. Bizə bir qədər zaman lazımdı. Hər şeyə yenidən başlayırıq. Toparlanmağa çalışacağıq. Xal ehtiyatını artırmaq niyyətindəyik. Hər şey futbolçuların tez püxtələşməsindən asılıdı. Qış fasiləsindən sonra heyətimiz zəiflədi, aparıcı futbolçular getdi. Onların yerini doldurmaq zaman tələb edir”.

ƏSƏD SEYİDOV
Seçilən
10
football-plus.az

1Mənbələr