AZ

Zelenski Putinlə ancaq bu halda görüşəcəyini açıqladı

Putinlə yalnız müharibəni bitirmək planı hazır olduqdan sonra görüşəcəm.

OXU24.COM  xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Putinlə yalnız Tramp və Avropa İttifaqı ilə müharibəni bitirmək üçün ortaq planımız olduqdan sonra görüşəcəm”, - o qeyd edib.

Zelenski Ukraynanı NATO-da görmək istəməyənlərə də səslənib:

"Bu halda bizim 1,5 milyon hərbçidən ibarət ordumuz olmalıdır".

Onun sözlərinə görə, Ukrayna ordusu şəxsi heyət baxımından indi təxminən bunun yarısı qədərdir. Ukrayna lideri vurğulayıb ki, bunu nəzərə almaqla 1,5 milyonluq ordunu saxlamaq indiki kimi 40 milyard dollara deyil, 60 milyard dollara başa gələcək.

Seçilən
18
10
oxu24.com

10Mənbələr