Hava hücumundan müdafiə sistemləri Qara dəniz üzərində bir Ukrayna pilotsuz təyyarəsini məhv edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Moskva vaxtı ilə saat 19:00-da növbətçi hava hücumundan müdafiə sistemləri Qara dəniz üzərində Ukraynaya məxsus bir pilotsuz uçuş aparatını məhv edib”, – məlumatda deyilir.
Ukraynanın hücumu nəticəsində insan tələfatı barədə məlumat yoxdur.
Ötən gecə hava hücumundan müdafiə sistemləri Rusiya bölgələri üzərində Ukraynanın 50 pilotsuz təyyarəsini vurub. Agentliyin məlumatına görə, ən çox pilotsuz təyyarə (41) Belqorod vilayəti üzərində vurulub. Voronej vilayəti ərazisində ümumilikdə beş, Rostov vilayətində isə dörd pilotsuz təyyarə məhv edilib.