AZ

Aİ-nin Ukrayna üzrə danışıqlardan kənarlaşdırılması ABŞ-Almaniya müdafiə naziri ilə münasibətləri dəyişə bilər » AzadMedia.az



Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, Avropa İttifaqı Ukrayna məsələsi üzrə danışıqlardan kənarlaşdırılarsa, bu, Avropanın ABŞ ilə münasibətlərində dönüş nöqtəsi ola bilər.

Münhen Təhlükəsizlik Konfransında o qeyd edib: "Bu, transatlantik əlaqələr üçün tarixi, həlledici məqam ola bilər, bundan sonra biz fərqli yollara getmək riski ilə üzləşirik".

"Bizim etdiyimiz seçim sülh və ya böhran vəziyyətində yaşayacağımıza qərar verəcək, eyni zamanda bizim gələcəyimizi və Avropada gələcək nəsillərin gələcəyini müəyyənləşdirəcək", - Pistorius qeyd edib.

“Biz güclü mövqedən danışıqlar aparmalıyıq”, o əlavə edib. Almaniyanın müdafiə naziri vurğulayıb ki, Avropa və Ukrayna münaqişənin həlli ilə bağlı danışıqların bir hissəsi olmalıdır. Onun sözlərinə görə, danışıqlar masasında “ərazi məsələləri” və digər mövzular müzakirə edilməlidir.

Fevralın 12-də Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.Hər iki lider Ukraynada hərbi fəaliyyətin dayandırılması perspektivlərini, ikitərəfli münasibətləri və bir sıra digər mövzuları müzakirə ediblər. Onlar şəxsi əlaqə saxlamaq və üzbəüz görüş keçirmək barədə razılığa gəliblər.
Seçilən
51
1
azadmedia.az

10Mənbələr