“İradə Xəlilova universitetdən ayrılmayıb. Hazırda Hüceyrə Patologiyası Tədqiqat Mərkəzinin direktoru vəzifəsində fəaliyyətini davam etdirir”.
Referans.az xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında Xəzər Universitetinin İctimayətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Əlövsət Əmirbəyli deyib.
O bildirib ki, İradə Xəlilova 5 il universitetin rektoru vəzifəsini icra edib:
“İradə xanımın universitetdən ayrıldığı şayiəsini kim yayıb, bilmirik. O, 2016-cı ildən Xəzər Universitetində fəaliyyət göstərən mərkəzin direktoru idi. 2019-cu ilin fevral ayında universitetin rektoru vəzifəsinə təyin edildi. Həm rektor vəzifəsini, həm də mərkəzin direktor vəzifəsini icra edirdi. Bu il yanvar ayında öz ərizəsi ilə rektor vəzifəsindən imtina etdi. Bildirdi ki, o, tədqiqat mərkəzinin direktoru kimi fəaliyyətimi davam etdirmək istəyir".
Qeyd edək ki, bu günlərdə sosial şəbəkələdə İradə Xəlilovanın Xəzər Universitetinin rektoru vəzifəsindən istefa verməsi barədə məlumatlar yayılıb. Yaxın günlərdə universitetin yeni rektoru ilə bağlı ictimaiyyətə məlumatlar veriləcəyi qeyd olunub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta