AZ

HHQ-nin “N” hərbi hissəsinin yaranma günü qeyd olunub - FOTO

Fevralın 14-də Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) “N” hərbi hissəsinin yaranmasının 33-cü ildönümü münasibətilə Vətən Müharibəsi Qəhrəmanı şəhid Ramiz Qasımov adına 216 nömrəli tam orta məktəbdə tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Herbiand.az-a verilən məlumata görə, tədbirdə hərbi hissənin bir qrup şəxsi heyəti, 216 nömrəli tam orta məktəbin müəllim və şagirdləri, Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivi iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edənlər hərbi hissənin qazandığı nailiyyətləri iştirakçıların diqqətinə çatdırıblar. Qeyd olunub ki, bir çox uğurlu əməliyyatlarda iştirak edən hərbi hissə hər zaman qarşıya qoyulan döyüş tapşırıqlarının öhdəsindən layiqincə gəlib.

Tədbir Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzinin təşkil etdiyi konsert proqramı ilə sona çatıb.



Seçilən
22
3
herbiand.az

4Mənbələr