AZ

Türkiyədə meydanı tərk edən komandalara veriləcək cəza açıqlandı

Türkiyə Futbol Federasiyası meydanı tərk edən komandalara veriləcək cəzanı açıqlayıb.

Türkiyə Futbol Federasiyası (TFF) İntizam Kodeksində dəyişiklik edib.

"Operativ Media" xəbər verir ki, qurum oyun bitmədən meydanı tərk edən komandalara verilən cəzanı sərtləşdirib. Bu barədə TFF məlumat yayıb.

Meydanı tərk edən klubların növbəti mövsümdə 9 xalı silinəcək. Bundan əlavə, futbolçulara 5-10 oyun cəza veriləcək. Həmin klubların rəhbərliləri və İdarə Heyəti üzvləri isə 1 illik futboldan uzaqlaşdırılacaq.

Meydanı tərk edən klublara maliyyə cəzası da tətbiq olunacaq. Bu addımı atanlar 20-100 milyon TL cərimə olunacaq.

Qeyd edək ki, Super Liqanın 23-cü turunun "Qalatasaray" - "Dana Demirspor" matçında qonaq komandanın futbolçuları hakim qərarlarına etiraz edərək meydanı tərk etmişdi.

Seçilən
38
2
operativmedia.az

3Mənbələr