AZ

Brüsseldə Orta Dəhlizin inkişafı müzakirə olunub

Qazaxıstan nümayəndə heyəti və Avropa İttifaqının (Aİ) əsas qurumlarının nümayəndələri Brüsseldə nəqliyyat dəhlizlərinin, o cümlədən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) inkişafı, nadir torpaq metal yataqlarının mənimsənilməsi və “yaşıl enerji” ilə bağlı məsələləri müzakirə ediblər.

Avtosfer.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyindən “Report”un bu ölkədəki bürosuna verilən məlumata görə, nümayəndə heyətinə xarici işlər nazirinin müavini Roman Vasilenko rəhbərlik edib.

Avropa Xarici Fəaliyyət Xidmətinin idarəedici direktoru Lyuk Devin və Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsinin kabinet rəhbəri Vivian Loonela ilə danışıqlar zamanı siyasi dialoq və iqtisadi əməkdaşlığın gücləndirilməsi və qarşıdan gələn birgə tədbirlərə hazırlıq məsələləri müzakirə edilib.

"İlin birinci yarısında Qazaxıstan və Avropa İttifaqı arasında əməkdaşlığın dərinləşdirilməsinə həsr olunmuş bir sıra mühüm tədbirlər keçiriləcək. Bunlar Aşqabadda "Mərkəzi Asiya – Aİ" Xarici İşlər Nazirlərinin Müşavirəsi, Səmərqənddə "Mərkəzi Asiya – Aİ" birinci sammiti və Astanada Beynəlxalq Forumdur", - Qazaxıstan XİN-dən bildirilib.

Avropa İttifaqı Qazaxıstanın ən böyük ticarət və investisiya tərəfdaşıdır. 2024-cü ildə ticarət dövriyyəsinin həcmi 48,7 milyard ABŞ dolları təşkil edib, bunun 38,1 milyard ABŞ dolları Qazaxıstandan ixracın payına düşüb. Ötən ilin 3 rübü ərzində Aİ ölkələrindən Qazaxıstana birbaşa investisiya axını 6,4 milyard ABŞ dolları olub.

Seçilən
6
1
avtosfer.az

2Mənbələr