AZ

Qvardiola: “Əvvəlki illərə nisbətən geriləmişik”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Premyer Liqanın XXV  turunun “Nyukasl”a qarşı oyundan öncə jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, ispaniyalı mütəxəssis komandasının bu mövsüm əvvəlki mövsümlərlə müqayisədə gerilədiyini bildirib:

“Eddie Hove “Nyukasl”a rəhbərlik edəndən bəri onlar həmişə çətin rəqib olublar. Onlar yaxşı formadadırlar və inanılmaz templərə malikdirlər. Əvvəlki mövsümlərdə əldə olunan irəliləyişlə müqayisədə bir neçə addım geri atdıq, lakin evdə azarkeşlərimizin önündə oynayacağıq, ona görə də qələbə qazanmağa çalışacağıq”.

24 turdan sonra “Mançester Siti” 41 xal toplayıb və hazırda turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Seçilən
35
futbolpress.az

1Mənbələr