AZ

Ştaynmayer Avropa liderlərini özlərini maral kimi aparmamağa çağırdı

Almaniya prezidenti Frank-Valter Ştaynmayer Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Avropa liderlərinə qeyri-adi metafora ilə müraciət edərək onları maralla müqayisə edib.

Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, onun çıxışının yazısı forumun rəsmi resursunda paylaşılıb.

“Biz far işıqlarında donub qalmış maral kimi davranmamalıyıq. Avropa passiv müşahidəçi deyil, beynəlxalq proseslərin fəal iştirakçısıdır", - Ştaynmayer bildirib.

O, Qərb ölkələrinin böhranları aradan qaldırmaq üçün kifayət qədər gücə və təsirə malik olduğunu, lakin bunun üçün onlar qətiyyətlə hərəkət etməli və “soyuq qorxusuna” boyun əyməməli olduqlarını vurğulayıb.

“Qorxu bizi geri saxlamamalıdır. Biz reallığı formalaşdırmaq iqtidarındayıq, təkcə ona reaksiya verməklə deyil...”, - Almaniya lideri qeyd edib.

QAZİLER.AZ

Seçilən
41
1
qaziler.az

4Mənbələr