AZ

Vətən müharibəsi dövründə Ermənistan hansı terror təşkilatının üzvlərindən istifadə edib?

Ermənistan Vətən müharibəsi dövründə muzdlu döyüşçülərdən istifadə edib.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində dövlət ittihamçısı Təranə Məmmədova ittiham aktını elan edən zaman danışıb.

O bildirib ki, təcavüzkar müharibəyə hazırlıq məqsədilə Vartanov Vladimir (Vova) Levanoviç yaratdığı \"VoMa” adlı terror təşkilatının, habelə Fransa, Livan, Suriya Ərəb respublikaları, Rusiya Federasiyası və digər ölkələrin erməniəsilli vətəndaşların və müxtəlif terror təşkilatlarının üzvlərinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində silah-sursatlarla təmin edilməklə onlara qanunsuz silahlı hərbi təlimlər keçirilib.

Bundan başqa, \"ASALA” terror təşkilatı, \"PKK-PYD-YPG” terror təşkilatları, Fransa Respublikasının \"Zouaves Paris” (ZVP) qruplaşması, \"Daşnaksütyun” partiyasının, \"Qara Pantera” hərbi qruplaşmasının və digər təşkilatların üzvləri də daxil olmaqla 2 min nəfərdən artıq xarici ölkə vətəndaşlarının Azərbaycana qarşı başlanılmış təcavüzkar müharibədə daha təcrübəli döyüşçü kimi iştirakını təşkil etmək üçün Ermənistan Respublikasının ərazisindən işğal altında saxlanılan Laçın dəhlizindən istifadə edilməklə Azərbaycan Respublikasının Xankəndi və Şuşa şəhərlərinə, Kəlbəcər, Xocavənd və digər yaşayış məntəqələrinə gəlmələri və Azərbaycana qarşı apardıqları hərbi əməliyyatlarda iştirak etmələri təmin edilib.
Seçilən
58
16
azxeber.com

10Mənbələr