AZ

Yağış TIXAC yaratdı: Bakının yolları...

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

XəzərNews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Hazırda:

1. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

2. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;

3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

4. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

5. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

6. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində;

7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

8. Şəmsi Bədəlbəyli küçəsi, "Qış parkı"nın qarşısından Mərkəzi Bank istiqamətində sıxlıq müşahidə olunur.

Xəbər 3 dəfə oxunub.
Seçilən
9
49
xezernews.az

10Mənbələr