AZ

Yerə yaxınlaşan asteroidin mümkün təhlükələri qiymətləndirilir

…Avropa Kosmik Agentliyi 2024 YR4 asteroidinin yaratdığı təhlükəni qiymətləndirmək üçün Ceyms Uebb Kosmik Teleskopunu göndərmək qərarına gəlib.

SİA-nın məlumatına görə, bu dönüş asteroidin Yerlə toqquşması ehtimalının 2,3 faizə qədər artması ilə əlaqələndirilir.

Xatırladaq ki, asteroid 2024-cü il dekabrın 27-də kəşf edilib və o vaxtdan qlobal kosmik agentliklərin müşahidəsi üçün prioritet obyektlərdən birinə çevrilib.

Hazırda astronomlar asteroidin ölçüsünü 55 metr diametrdə qiymətləndirirlər, lakin bu məlumat yerüstü teleskopların məlumatlarına əsaslanır ki, bu da hesablamalarda əhəmiyyətli qeyri-müəyyənlik yaradır.

Avropa Kosmik Agentliyi mütəxəssislərinin fikrincə, asteroidin ölçüsü əhəmiyyətli dərəcədə dəyişə bilər və məsələn, 90 metrlik obyekt Yer üçün daha böyük təhlükə yaradar.

James Webb Kosmik Teleskopu asteroidin ölçüsünü daha dəqiq ölçmək və onun istilik xüsusiyyətlərini öyrənmək üçün infraqırmızı alətlərdən istifadə edəcək. Teleskopdan istifadə etməklə ilk müşahidələr 2025-ci ilin mart ayında, asteroid maksimum parlaqlığına çatdıqda planlaşdırılır.

“Pravda.Ru”

xəbər verir ki, 2025-ci ilin may ayında teleskop daha dəqiq risklərin qiymətləndirilməsi və mümkün cavab tədbirləri üçün əlavə məlumatlar əldə etmək üçün səylərini yenidən 2024 YR4 obyektinə yönəldəcək.

Nazlı Almuradova

Seçilən
9
sia.az

1Mənbələr