AZ

ABŞ Rusiyanı hədələyib

ABŞ-ın vitse-prezidenti Ceyms Vens bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanın uzunmüddətli müstəqilliyinə zəmanət verən sülh sazişini qəbul etməsə, Birləşmiş Ştatlar Moskvanı sanksiyalar və potensial hərbi əməliyyatlarla vura bilər.

ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Putin arasında telefon danışığından sonra Rusiya-Ukrayna müharibəsinin nəticəsi yenidən dünya gündəmində ön plana çıxıb.

Tramp və Putinin telefonda 1,5 saatdan çox danışmasından və hər iki tərəfin müharibənin bitməsi ilə bağlı müsbət mesajlar verməsindən sonra ABŞ-ın vitse-prezidenti Ceyms Vens açıqlama verib.

ABŞ-ın vitse-prezidenti bildirib ki, Rusiya prezidenti Vladimir Putin Kiyevin uzunmüddətli müstəqilliyinə zəmanət verən sülh sazişini qəbul etməsə, ABŞ Moskvaya sanksiyalar və potensial hərbi təzyiqlərlə zərbə vura bilər.

“Birləşmiş Ştatların Putinə qarşı iqtisadi rıçaqları var və təbii ki, hərbi rıçaqları var”, – deyə Vens “Wall Street Journal”a bildirib.

***

“Bir çox forma və konfiqurasiya var, lakin biz Ukraynanın suveren müstəqilliyini qiymətləndiririk”, –- Vens deyib.

Qəzetin yazdığına görə, “Düşünürəm ki, razılaşma bir çox insanı şoka salacaq”, – Vens deyib.

ABŞ vitse-prezidenti həmçinin bildirib ki, danışıqların gedişindən asılı olaraq Tramp fikrini dəyişə bilər.

Seçilən
52
1
vaxt.az

2Mənbələr