AZ

Ermənilər tərəfindən girov və əsir götürülmüş 170 nəfər işgəncələr və qeyri-insani rəftar tətbiq edilməklə qəsdən öldürülüb

Bakı. Trend:

Xəbər verildiyi kimi, Ermənistanın hərbi təcavüzü nəticəsindəsülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, ocümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması,soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habeləterrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələkeçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdətəqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları ArayikHarutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, DavitBabayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayətiişləri üzrə məhkəmə prosesinin baxış iclası fevralın 14-də davametdirilib.

Trend xəbər verirki, ittiham aktının nəticəvi hissəsinin elanını davam etdirəndövlət ittihamçısı Fuad Musayev təcavüzkar müharibə gedişindəzorakılıqla yoxa çıxarma, əsir və girov götürülərək işgəncələrəməruz qoyma faktlarını sadalayıb.

Vurğulanıb ki, 1988-2023-cü illərdə Azərbaycanın Qarabağ bölgəsivə ətraf ərazilərində yüzdən çox fərqli-fərqli işgəncə metodlarıtətbiq edilməklə girov götürülmüş 1284 nəfər dinc mülki sakindən122 nəfər, əsir götürülmüş 414 nəfər hərbi qulluqçudan 48 nəfərolmaqla ümumilikdə 1698 nəfər əsir və girov götürülmüş şəxslərdən170 nəfər şəxs saxlanıldığı yerdə işgəncələr və qeyri-insani rəftartətbiq edilməklə qəsdən öldürülüb, qalan 1528 nəfər şəxs Azərbaycandövləti tərəfindən beynəlxalq təşkilatlar vasitəsilə görülmüştədbirlər, eləcə də hərbi əsir və girovların yaxın qohumlarınınşəxsi təşəbbüsləri və əlaqələri ilə verilən maddi nemətlərmüqabilində azad edilib.

Xatırladaq ki, sözügedən cinayət işi üzrə 15 nəfər - HarutyunyanArayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Saakyan Bako Sahaki,İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi,Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, QazaryanErik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri,Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan QarikQriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma,hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadəedən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə vəya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxaçıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdanməhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibəqanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanıbeynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbisoyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuzsahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğumaliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228(qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinətəhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimaixadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirməvə onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorladəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittihamolunurlar.

Məqalədə:
Seçilən
39
49
az.trend.az

10Mənbələr