AZ

Ermənistanın təcavüzkar müharibəsində Azərbaycan ekologiyasına vurulan ziyan açıqlandı

Ermənistanın təcavüzkar müharibə nəticəsində Azərbaycanın ekologiyasına vurulan ziyanın həcmi açıqlanıb.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclasında məlumat verilib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev təcavüzkar müharibə gedişində Azərbaycan Respublikasının ekologiyasına ziyan vurulması cinayət faktlarını elan edib.

Bildirilib ki, Azərbaycan Respublikasına qarşı törədilmiş təcavüzkar müharibə nəticəsində 1980-ci illərin sonlarından 2023-cü il sentyabrın 20-dək olan müddət ərzində işğal olunmuş Azərbaycan Respublikasının ərazilərində ağacları, kolları və digər yaşıllıqları məhv etməklə, su mənbələrini, su hövzələrini və su anbarlarını çirkləndirməklə, su ehtiyatlarından istifadəni qəsdən qeyri-mümkün etməklə, eləcə də kənd təsərrüfatı təyinatlı torpaqları dağıtmaqla Azərbaycan Respublikasının ekologiyasına və təbiətə ümumilikdə külli miqdar təşkil edən 13,4 milyard manatdan artıq məbləğdə maddi ziyan vurulub.

Seçilən
26
heftelik.az

1Mənbələr