AZ

Bu kəndə köçənlərə 10 min avro veriləcək

Yunanıstan sərhəd bölgələrinin demoqrafik inkişafını gücləndirmək məqsədilə yeni dəstək proqramına start verilib.

“İki sahil” xəbər verir ki, Qərbi Trakiyada, Türkiyə ilə sərhəd bölgəsində yerləşən bəzi kəndlərdə daimi məskunlaşan ailələrə 10 min avro (təxminən 380 min TL) məbləğində maliyyə yardımı ayrılacaq.

Bu təşviq proqramı Sofulu (Soufli), Kumçiftliği (Orestiada) və Dimetoka (Didymoteicho) kəndlərini əhatə edəcək. Qanun layihəsi artıq Yunanıstan parlamentinə təqdim edilib.

Evros əyalətinə aid bu qanun layihəsi sərhəd bölgələrinin demoqrafik və iqtisadi inkişafını dəstəkləmək üçün hazırlanıb. Ümumi büdcəsi 8 milyon avro olan bu proqramın təsdiqlənməsi Yunanıstan parlamentindən asılıdır.

Seçilən
29
2
ikisahil.az

3Mənbələr