Ələt İqtisadi Zonasında yük (karqo) hava limanının tikintisinin 2026-cı ilin sonunda tamamlanması planlaşdırılır.
Bu barədə Avtosfer.az-a Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov bildirib.
Onun sözlərinə görə, artıq yük hava limanının tikintisinə başlanılıb:
“Bu hava limanı Azərbaycanın iqtisadiyyatı və qonşu ölkələr üçün mühüm üstünlüklər yaradacaq. Eləcə də geniş xidmətlər göstərəcək".
V.Ələsgərov qeyd edib ki, layihə çərçivəsində hava limanı 750 hektardan çox ərazini əhatə edəcək:
"İlkin mərhələdə hava limanının illik 500 min ton yükdaşıma gücünə malik olması nəzərdə tutulur. Növbəti mərhələdə isə bu göstəricinin 1,5 milyon tona çatdırılması planlaşdırılır".