AZ

"Barselona" Şesnı ilə müqavilə müddətini daha 1 il artıra bilər

"Barselona" qapıçısı Voyçex Şesnı ilə müqavilə müddətini daha 1 il artıra bilər.

"Report" "Sport.es" nəşrinə istinadən xəbər verir ki, bu barədə kataloniyalıların idman direktoru Deko bildirib.

O, polşalı qolkiperin vacib oyunçu olduğunu və razılaşacağı təqdirdə sözləşməsini daha 1 il uzatmağın mümkünlüyündən danışıb.

Qeyd edək ki, V.Şesnı 2024-cü ildə "Yuventus"dan (İtaliya) ayrılaraq karyerasını başa vurduğunu açıqlamışdı. Daha sonra 34 yaşlı "əlcək sahibi" ötən ilin oktyabrında "Barselona" ilə cari mövsümün sonuna qədər müqvailə imzalayıb.

Seçilən
5
5
report.az

6Mənbələr