AZ

Ukrayna 757, Rusiya isə 45 cəsəd geri aldı

Ajans.az xəbər verir ki, bu barədə Ukraynanın Əsirlərin Müalicəsi üzrə Koordinasiya Qərargahı məlumat yayıb.

Məlumata görə, ölənlər Kuraxovski, Pokrovka, Baxmut, Uqledar, Luqansk və Zaporojye istiqamətlərində döyüşüblər.

Dövlət Dumasının deputatı Şamsail Saraliyev isə bildirib ki, Rusiya ordusunun ölən 45 hərbçisinin cəsədi də Rusiyaya qaytarılıb.

Qeyd edək ki, yanvarın sonunda da ölən əsgərlərin meyitlərinin mübadiləsi olmuşdu: Ukrayna 757, Rusiya isə 49 cəsəd qaytarmışdı.

Seçilən
18
3
Ajans.az

4Mənbələr