AZ

"Liverpul"u PSJ-yə dəyişmək istəyir

PSJ bu yay "Liverpul"un mərkəz müdafiəçisi İbrahima Konateni transfer etməyə hazırlaşır.

90deqiqe.Az "ESPN"ə istinadən xəbər verir ki, Fransa nəhəngi Mersisaydlıların oyunçusunu müdafiəçi Markinyosun uzunmüddətli əvəzləyicisi kimi nəzərdən keçirir.

25 yaşlı futbolçunun özünün də doğulduğu Parisə qayıtmaq variantını nəzərdən keçirdiyi vurğulanır.

Konate 2021-ci ilin yayından “Liverpul”da çıxış edir. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 50 milyon avrodur.

Seçilən
9
90deqiqe.az

1Mənbələr