ABŞ-nin Vitse-prezidenti Cey Di Vens Münhendə Ukrayna Preizdenti Vladimir Zelenski ilə keçiridiyi görüşdən sonra jurnalistlərin suallaırnı cavablandırıb.
Yenicag.az CNN-ə istinadən xəbər verir ki, Vens hədəflərinin “davamlı sülhün əldə edilməsi” olduğunu bildirib.
O qeyd edib ki, bir neçə il sonra Şərqi Avropanı toqquşmalara sürükləyəcək sülhün tərəfdarı deyillər.
Vitse-prezident Rusiya Prezidenti Vladimir Putinin danışıqlara razı olması halında prosesin necə davam edəcəyi barədə suala cavab verməyib.