AZ

YENİ TRANSFER... "Neftçi”də hər kəs buna hazır olsun!

“Neftçi”nin yeni transferi Bassala Sambu yeni komandasında debüt etmək imkanı qazandı.

“Zirə”ylə oyunun sonlarına yaxın şans qazanan almaniyalı hücumçu fiziki hazırlıq səviyyəsinin qənaətbəxş olduğunu göstərdi.

İndiki məqamda sual doğuran məqamlardan biri ən son transfer Aleks Fernandesin idman formasının hansı vəziyyətdə olması və Premyer Liqa üçün sifariş olunub-olunmamasıdır.

“Baltika”dan icarəyə götürülən braziliyalı Peşəkar Futbol Liqası tərəfindən çempionat üçün təsdiq olunub.

Hazırlıq durumuna gəlincə, 22 yaşlı yarımmüdafiəçi kollektiv məşqlərdə aktiv iştirak edir. Samir Abasov çalışmalarda onu həm əsas, həm də əvəzedici heyətlə yoxlayıb. Topla davranışı və istəkli olması baş məşqçinin ürəyincədir.

“Qarabağ”la qarşılaşmada start “11-liy”ində yer alacağı inandırıcı görünməsə də, oyuna sonradan qoşulmaqla “Neftçi Arena”nın ab-havasını hiss etmək şansı çoxdur.

Fevralın 16-da gerçəkləşəcək “Neftçi” – “Qarabağ” duelinin start fiti saat 19:00-da çalınacaq.

HƏBİB

Seçilən
18
sportinfo.az

1Mənbələr