Ticarət müharibələrinin mənası yoxdur və Avropa İttifaqı (Aİ) digər tərəflərin tətbiq etdiyi rüsumlara cavab verməyə hazırdır.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.
“Biz inanırıq ki, ticarət müharibələri və cəza rüsumlarının heç bir mənası yoxdur”, – o qeyd edib.
Fon der Lyayen vurğulayıb ki, Aİ mallarına tətbiq olunan əsassız rüsumlar cavabsız qalmayacaq.