AZ

"Bellingem növbəti illərdə "Real"ın kapitanı ola bilər"

style='margin-bottom:10px;'>

"Real"ın baş məşqçisi Karlo Ançelotti futbolçusu Cud Bellingemdən danışıb.

QOL.az insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, o deyib: 

"Cud Bellingem növbəti illərdə "Real"ın kapitanı ola bilər. Onun şəxsiyyəti, xarakteri və yüksən düşüncə tərzi var. O, indi və gələcəkdə lider ola bilər. Buna şübhə yoxdur. Bellingem çox gəncdir, amma "Real" üçün uzun illər vacib oyunçu olacaq. Mən buna 100 faiz əminəm". 

Qeyd edək ki, Cud Bellingem bu mövsüm "Real"ın heyətində 32 oyuna çıxaraq 11 qol vurub və 10 qolun ötürməsini edib. Onun klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir. 

Seçilən
12
1
teleqraf.com

2Mənbələr