AZ

Elnarə Bəkirovanın atasını öldürənlərə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində rəssam-modelyer Elnarə Bəkirovanın atasını öldürüb quyuya atmaqda ittiham olunan Mustafa Zeynalov və Namiq Əliyevə hökm oxunub.

Hökmə əsasən, Mustafa Zeynalov və Namiq Əliyev hərəsi 19 il azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. İttihama görə, 69 yaşlı Kamran Bəkirov pula görə öldürülüb. Araşdırma nəticəsində təqsirləndirilən şəxslərin hadisəni törətdikdən sonra külli miqdarda pul ələ keçirdikləri müəyyən edilib.

Seçilən
47
10
buta.media

10Mənbələr