AZ

Tramp Hindistanı vergi ilə təhdid etdi

ABŞ Prezident Donald Tramp Ağ Evdə Hindistanın baş naziri Narendra Modini qəbul edib. Metbuat.az xəbər verir ki, görüşdən sonra tərəflər birgə mətbuat konfransı təşkil edib. Tramp bildirib ki, ABŞ ticarət kəsirini azaltmağı hədəfləyir və Hindistandan idxal olunan məhsullara daha yüksək tariflər tətbiq edə bilər. Vaşinqtonun ədalətli ticarət istədiyini vurğulayan Tramp bildirib ki, Hindistan nə tələb edirsə, ABŞ də onu tələb edir. Tramp, Hindistana əlavə vergilərin gündəmdə olduğunu ifadə edib. Tramp Hindistanın gömrük siyasətindən razı olmadığını qeyd edərək, Modinin “vergi kralı” olduğunu irəli sürüb.

Qeyd edək ki, Narendra Modi ABŞ-yə səfər etməzdən əvvəl ABŞ mallarına tətbiq edilən gömrük rüsumlarını 50 faizdən 40 faizə endirəcəyini açıqlamışdı.

Seçilən
9
metbuat.az

1Mənbələr