AZ

Ağdamda yük maşını sel sularının gətirdiyi minaya düşdü -FOTO

 

Senzor.az bildirir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərindən məlumat verilib.

 

Qeyd olunub ki, Ağdam rayonunun əvvəllər işğal olunmamış Ayaq Qərvənd kəndi ərazisindən keçən Xaçın çayının hövzəsində mina hadisəsi baş verib.

 

Ağdam rayonunun Quzanlı kənd sakini, 1965-ci il təvəllüdlü Məmmədov Fayiq Ərşad oğlu idarə etdiyi "Howo" markalı yük avtomobili ilə hərəkətdə olarkən sel sularının gətirdiyi ehtimal olunan piyada əleyhinə minaya düşüb, partlayış zamanı həmin avtomobilin sol arxa çarx hissəsi zədələnib, hadisə nəticəsində xəsarət alan olmayıb.

 

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
56
30
senzor.az

10Mənbələr