AZ

Onlar Türkiyə ilə münasibətlərimizə zərbə vurur – Rus səfir

Onlar

Qərbin sanksiyaları Rusiya və Türkiyə arasında ilk növbədə ticarət sahəsində ikitərəfli münasibətlərə xələl gətirir.

Xalqcebhesi.az xəbər verir ki, bu sözləri Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov Rusiya mediasına açıqlamasında deyib.

“Açıq şəkildə etiraf etməliyik ki, sanksiyalar bizə birbaşa ziyan vurur. Təəssüf ki, üçüncü ildir bu sanksiyaların ikitərəfli ticarətin azalmasına səbəb olduğunu müşahidə edirik. Türkiyə Statistika Təşkilatının bu yaxınlarda açıqladığı statistikaya görə, 2024-cü ildə onun həcmi 6,8% azalıb. Pul baxımından bu, demək olar ki, 4 milyard dollara bərabərdir”, - o bildirib.

Yerxov eyni zamanda vurğulayıb ki, pis niyyətlilərin Moskva ilə Ankara arasında əlaqələrə xələl gətirmək cəhdlərinə baxmayaraq, tərəflər ikitərəfli əməkdaşlığın yüksək tempini qoruyub saxlayırlar.

Seçilən
2
1
xalqcebhesi.az

2Mənbələr