AZ

ABŞ Meksika sərhədinə əlavə qoşun göndərir

ABŞ kartellər və qeyri-qanuni miqrantlarla mübarizə aparmaq üçün Meksikanın cənub sərhədinə əlavə qoşun yerləşdiriləcək. Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-nin Şimali Amerika Aerokosmik Müdafiə və Şimal Qüvvələrinin komandanı general Gregory Gilyo açıqlama verib. Gilyo, Meksika sərhədindəki kartellərin ABŞ-nin ərazi bütövlüyünü və vətəndaşların təhlükəsizliyini təhdid etdiyini ifadə edib. Gilyo həmçinin, ABŞ-nin Amerika körfəzində hələ təyyarədaşıyan gəmisinin olmadığını, lakin Sahil Mühafizəsi ilə birlikdə işləmək üçün əlavə qüvvələrə ehtiyac olduğunu qeyd edib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Trampın vəzifəyə başlamasından sonra Meskika sərhədinə 1600 hərbi birlik yerləşdirildiyi barədə xəbərlər dərc edilmişdi.

Seçilən
10
metbuat.az

1Mənbələr