AZ

Azərbaycan-Serbiya əməkdaşlığı müzakirə olundu

Fevralın 14-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Serbiya Respublikasının xarici işlər naziri Marko Curiçlə görüşüb.

 

XİN-dən Modern.az-a bildirilib ki, görüşdə Azərbaycan-Serbiya strateji tərəfdaşlıq gündəliyində duran mövzular, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Azərbaycan-Serbiya strateji tərəfdaşlığının inkişafında ali və yüksəksəviyyəli qarşılıqlı səfərlərin, liderlər arasında mövcud dostluq münasibətlərinin əhəmiyyəti vurğulanıb.

 

Nazirlər strateji tərəfdaşlıq münasibətlərinin iqtisadi, enerji, yüksək texnologiyalar, nəqliyyat, mədəniyyət, humanitar, təhsil, turizm və s. aspektləri üzrə inkişaf perspektivlərini müzakirə edib, əməkdaşlığın genişləndirilməsində qarşılıqlı maraq ifadə ediblər.

 

Regional və beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyü və suverenliyinə verilən davamlı dəstək məmnunluqla qeyd olunub.

 

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Seçilən
36
18
modern.az

10Mənbələr