Şahmat üzrə Azərbaycan çempionatının finallarında ikinci partiyalar keçirilib.
İdman.biz xəbər verir ki, iki oyundan sonra qaliblər bəlli olmayıb.
Kişilərin mübarizəsində Rauf Məmmədov - Şəhriyar Məmmədyarov görüşündə növbəti dəfə heç-heçə qeydə alınıb (1:1). Qadınların yarışında isə ilk partiyada uduzan Günay Məmmədzadə Gövhər Beydullayevadan revanş ala bilib - 1:1.
Gülnar Məmmədova ilə Ülviyyə Fətəliyeva arasındakı 3-cülük görüşündə də ümumi hesab bərabərləşib.
Nəticədə qaliblər sabah keçiriləcək taybrek görüşlərində müəyyənləşəcək.
İdman.biz