AZ

Cənubi Koreya hökuməti "JPMorgan" və "Morgan Stanley"i cərimələyib

Cənubi Koreyanın bazar nəzarət qurumu "JPMorgan", "Morgan Stanley", "Nomura" və "UBS"in ölkənin fond bazarında qısamüddətli satış qaydalarını pozduğunu müəyyən edərək bu maliyyə institutlarına cərimə tətbiq edib. 

Valyuta.Az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Maliyyə Nəzarəti Xidmətinin (FSS) rəsmiləri məlumat verib.  

"Biz inzibati sanksiyalar tətbiq etmək, yəni cərimələr təyin etmək qərarına gəldik", – deyə qurum rəsmisi bildirib. Lakin qərarın rəsmi şəkildə açıqlanmadığını əsas gətirərək əlavə detalları paylaşmaqdan imtina edib.  

"FSS"in digər rəsmisinin sözlərinə görə, bu qərar çərşənbə günü Qiymətli Kağızlar və Fyuçers Komissiyası tərəfindən qəbul edilib.  

"Nomura" (8604.T) bildirib ki, tənzimləyici qurumun hər hansı bir qərarından xəbərsizdir və bu barədə şərh verə bilməz. "JPMorgan" (JPM.N) və "Morgan Stanley" (MS.N) də mövzu ilə bağlı rəy bildirməkdən imtina edib, "UBS" (UBSG.S) isə hazırda şərh vermək istəmədiyini bildirib.  

Qeyd edək ki, Cənubi Koreyada kapital bazarları qanununa əsasən, səhmlərin əvvəlcədən borc alınmadan və ya borc alınmasının mümkünlüyü müəyyən edilmədən satılması (qeyri-qanuni qısamüddətli satış) qadağandır.  

Cənubi Koreya 2023-cü ilin noyabrında tətbiq edilən bazar miqyaslı qısamüddətli satış qadağasını 2024-cü ilin mart ayında aradan qaldırmağı planlaşdırır. Qadağanın ləğv edildiyi zaman qanunsuz ticarət əməliyyatlarını aşkar edəcək sistemin hazır olacağı gözlənilir.  

Rəhim

Seçilən
33
valyuta.az

1Mənbələr