AZ

Rektorun istefa səbəbi məlum oldu - FOTO

Rektorun istefa səbəbi məlum oldu - FOTO

Xəzər Universitetinin rektoru İradə Xəlilova bu il yanvarın 1-dən öz ərizəsi ilə rektor vəzifəsindən azad edilib.

Qlobal.net xəbər verir ki, bu barədə Oxu.az-a universitetdən məlumat verilib.

Bildirilib ki, sabiq rektor hazırda fəaliyyətini universitetin nəzdində Hüceyrə Patologiyası Tədqiqat Mərkəzinin direktoru olaraq davam etdirir.

İ.Xəlilovanın rektorluqdan imtina səbəbi tədqiqat işi ilə məşğul olmaq istəyi olub.

Qeyd edək ki, o, Hüceyrə Patologiyası Tədqiqat Mərkəzinin direktoru vəzifəsində 2016-cı ildən işləyir.

Seçilən
11
7
qlobal.net

10Mənbələr