AZ

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2025-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

 

Senzor.az bildirir ki, sənədə əsasən 2007-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1995-2006-cı illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2025-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

 

“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2025-ci il aprelin 1-dən 30-dək ehtiyata buraxılırlar.

Seçilən
8
49
senzor.az

10Mənbələr