AZ

Zelenski: Hələlik Rusiya ilə sülh sazişindən söhbət getmir

Ukrayna ilə Rusiya arasında sülh sazişinin bağlanmasından danışmaq hələ tezdir.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Münhen Təhlükəsizlik Konfransı zamanı bildirib.

“Bu gün, təəssüf ki, sülh sazişindən söhbət getmir. Çünki müharibə üç ildir davam edir, çoxlu sayda ölümlər, dağıntılar, ilk növbədə də insanların həyatlarının məhv olması halları mövcuddur”, - o deyib.

Zelenski əlavə edib ki, Ukrayna ilə Kreml rəhbəri arasında vasitəçilik axtarmağa ehtiyac yoxdur və Kiyevin indi ABŞ Prezidenti Donald Trampın möhkəm dəstəyinə ehtiyacı var.

Onun sözlərinə görə, sülh sazişi ilə bitəcək müharibə planını Ukrayna ilə ABŞ dəstəkləməlidir.

“Avropa ölkələrinin də rolu vacibdir, çünki söhbət təhlükəsizlik zəmanətlərindən gedir”.

Zelenski vurğulayıb ki, Avropanın danışıqlar masası arxasındakı səsi Ukrayna üçün çox vacibdir, çünki ölkə tezliklə Avropa İttifaqının tamhüquqlu hissəsinə çevriləcək.

"Cebheinfo.az"

Seçilən
34
8
cebheinfo.az

9Mənbələr