AZ

Zelenski yenə ABŞ-ı təklifini rədd etdi

Münhendə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşən ABŞ rəsmiləri ona Ukraynanın mineral ehtiyatları ilə bağlı sənəd imzalamağı təklif ediblər. Sənədə əsasən ölkənin gələcək mineral ehtiyatlarının yarısı ABŞ-ın ixtiyarına keçəcəkdi, lakin Ukrayna lideri bundan imtina edib.

Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti Konqres nümayəndələrinə istinadən yazır.

"Münhendəki bir neçə qanunverici mənə dedi ki, ABŞ Konqresinin nümayəndə heyəti Zelenskiyə ABŞ-ın Ukraynanın gələcək mineral ehtiyatlarının 50 faizi üzərində hüququnu tanıyacaq kağız parçası uzadıblar. Lakin Zelenski nəzakətlə onu imzalamaqdan imtina etdi", - nəşrin jurnalisti Coş Roqin qeyd edib.

Qeyd edək ki, bundan öncə Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın maliyyə naziri Skott Bessentlə görüşdən sonra təbii ehtiyatlarla bağlı sazişə dair sənədləri imzalamaqdan imtina etmişdi.

Seçilən
13
axar.az

1Mənbələr