AZ

Sırski Kurskda məhv edilən Rusiya hərbçilərinin sayını AÇIQLADI

Ukrayna hərbçiləri Rusiya Federasiyasının Kursk vilayətində düşmənə xeyli itki yaşadıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski məlumat verib.

"Beləliklə, Kursk vilayətində zərərsizləşdirilmiş düşmən sayı 48 mindən çoxdur, onlardan 20 mini öldürülüb" - açıqlamada deyilir.

Sırski Sumı vilayətindəki bölmələrdə işləyərkən təhlükəsizlik zonasını qoruyan və döyüş tapşırıqlarını yerinə yetirən hərbçiləri, o cümlədən Rusiya Federasiyasının Kursk vilayətində fərqlənmə nişanları ilə təltif edib.

Bunlar, ilk növbədə, Hava Desant Hücum Qüvvələri briqadaları, eləcə də Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının bölmələridir.

"Məhz bu döyüşçülərin sayəsində şimal sərhədimiz möhkəmdir. Onların sayəsində Kursk hücum əməliyyatının başlanmasından altı ay keçsə də, Ukrayna işğalçı ölkənin yüzlərlə kvadrat kilometr ərazisinə nəzarəti özündə saxlayır, düşmən isə canlı qüvvə və texnikada xeyli itki verməkdə davam edir", - Sirski qeyd edib.

O, hərbçilərə göstərdikləri fədakarlıq, peşəkarlıq və əyilməz ruha görə təşəkkür edib, ölkənin müdafiəçiləri ilə fəxr etdiyini vurğulayıb. \\Redaktor.Az

Seçilən
13
1
hurriyyet.az

2Mənbələr