AZ

Voytsex Şçesnı "Barselona"da qalacaq

Bakı. Trend:

Polşalı qapıçı Voytsex Şçesnının "Barselona"klubunda çıxışınıdavam etdirə bilər.

Trend-inməlumatına görə, klubun idman direktoru Deku polşalı qolkiperinkomandada qalma ehtimalının yüksək olduğunu bildirib.

"Barselona"nın rəsmisi Voytsex Şçesnı ilə bu məsələnin gələcəkdəmüzakirə ediləcəyini və onun xidmətlərindən daha bir il yararlanmaqniyyətində olduqlarını qeyd edib. Deku, yekun qərarın 34 yaşlıqapıçının özündən asılı olacağını vurğulayıb.

Xatırladaq ki, karyerasını ötən yay başa vuran Şçesnı oktyabrayında "Barselona"nın təklifini qəbul edib və komandanın heyətində9 oyuna çıxıb.

Seçilən
13
az.trend.az

1Mənbələr