Ukrayna və ABŞ komandaları faydalı qazıntılarla bağlı saziş üzərində işləməyə davam edəcəklər.
Bu barədə Volodimir Zelenski “Telegram” kanalında məlumat verib.
“Komandalarımız sənəd üzərində işləməyə davam edəcək. Biz bir çox vacib məsələləri müzakirə etmişik və ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqu növbəti görüşlər və yerlərdə vəziyyətin daha dərindən qiymətləndirilməsi üçün Ukraynada səbirsizliklə gözləyirik”, - dövlət başçısı qeyd edib.
APA
Tarix: 15 Fevral 2025, 00:33