Roma Papası Fransisk xəstəxanaya yerləşdirilib.Manset.az xəbər verir ki, bu haqda “The Guardian” məlumat yayıb. Bildirib ki, Katolik kilsəsinin rəhbəri lazımi diaqnostik testlərdən keçəcək və davam edən bronxit müalicəsini xəstəxana şəraitində davam etdirəcək.
Papanın yaxın bir neçə gün üçün planlaşdırılan görüşlərinin ləğv edildiyi bildirilir.