AZ

Avropa Komissiyası rəhbəri Aİ-nin müdafiə xərclərini artırmağa çağırıb

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen yüksək səviyyəli ABŞ rəsmilərinin Avropanın öz təhlükəsizliyinin təmin edilməsində rolu ilə bağlı bəzi şərhlərinə diqqət yetirməyə çağırıb.

Trend-in məlumatına görə, bu barədə Avropa Komissiyası rəhbəri Münhen Təhlükəsizlik Konfransında çıxış edərkən deyib.

"Hesab edirəm ki, söhbət Avropanın təhlükəsizliyindən gedirsə, Avropa daha çox iş görməlidir. Və buna nail olmaq üçün Avropada müdafiə xərclərini kəskin şəkildə artırmalıyıq", - deyə o bildirib.

O, Avropa İttifaqının (Aİ) müdafiə xərclərinin 2022-ci ilin fevral ayına qədər olan dövrdə 200 milyard avrodan bir qədər çox artdığını göstərən məlumatlara istinad edərək, keçən il 320 milyard avronu keçib. "Amma bu rəqəmi yenidən xeyli artırmalı olacağıq", - deyə o bildirib.
Seçilən
2
2
sherg.az

4Mənbələr