AZ

"Özünüzü maral kimi aparmayın"

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Avropa ölkələrinin başçılarını maralla müqayisə edib.

 

Modern.az xəbər verir ki, o, bu barədə Münhen Təhlükəsizlik Konfransında danışıb.

 

Onun sözlərinə görə, Avropa liderləri özlərini avtomobil fənərlərinin işığına tuş gəlmiş marallar kimi aparmamalıdırlar.

 

Prezident vurğulayıb ki, Qərb ölkələrinin özləri mövcud böhranı həll etməyə qadir beynəlxalq prosesin subyektləridir və tükürpədici qorxu onları iflic etməməlidir.

Seçilən
14
modern.az

1Mənbələr