"Apple" 2025-ci ilin sonuna qədər 27 düymlük mini-LED ekran buraxmağı planlaşdırır.
Paralel.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə "MacRumors" nəşri məlumat yayıb.
Yeni ekran ilk dəfə 2022-ci ildə təqdim olunan Studio Display-in təkmilləşdirilmiş versiyası ola bilər. Hazırkı model 5K LED paneldən istifadə edir, mini-LED texnologiyasına keçid isə əvvəlki versiyaya nisbətən əhəmiyyətli bir yeniləmə olacaq.
Bildirilir ki, displey üçün işıq diodlarını "Epistar" şirkəti təmin edəcək, panellərin istehsalı isə "LG Display" tərəfindən həyata keçiriləcək.