Sosial şəbəkədə Kanye Uest və həyat yoldaşı Byanka Sensorinin ayrılması ilə bağlı şayiələr yayılıb.
Lent.az-ın məlumatına görə, "Daily Mail" yazıb ki, buna səbəb onun "Qremmi"də çəkdirdiyi təxribatçı obrazı və repçinin özünü nasist adlandıraraq Hitlerə təriflər yağdıran qalmaqallı açıqlamaları olub.
İnsayderlər boşandıqdan sonra Uestin həyat yoldaşına 5 milyon dollar ödəyəcəyini də bildiriblər.
Lakin bu fərziyyələrin yalan olduğu ortaya çıxıb.
Digər xəbərə görə, cütlüyün nümayəndəsi boşanmadıqlarını və hazırda Los-Ancelesdə Sevgililər gününə hazırlaşdıqlarını bildirib.
Nümayəndə onu da qeyd edib ki, bu, mediada cütlüyün ayrılması ilə bağlı vaxtından əvvəl xəbər yayması ilk dəfə deyil.