AZ

Pentaqon videoya düşən UNO-nun sirrini çözə bilmir

Pentaqonun Anomaliyaların Tədqiqatı Bürosunun (AARO) mütəxəssisləri sürətlə hərəkət edən naməlum uçan obyektin (UNO) göründüyü məşhur "Go Fast" ("Sürətlə uçur") videosuna münasibət bildiriblər.

Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, videonun 2015-ci ildə Florida sahillərində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş təyyarəsi tərəfindən kameraya çəkildiyi güman edilir. Üç il sonra bu görüntülər internetə sızıb və 2020-ci ildə ABŞ Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq yayımlanıb.

Çoxsaylı ufoloqlar videodakı obyektin müasir təyyarələrin çata bilməyəcəyi sürətlə hərəkət etdiyini iddia ediblər. Bununla belə, AARO-nun yeni hesabatında obyektin sürətinin "saatda 8-150 ​​kilometr arasında" olduğu deyilir. UNO-nun nəhəng sürəti optik illüziya ilə əlaqələndirilir. AARO-dan bildirir ki, obyektin yüksək sürətlə hərəkət etməsi təəssüratı hərəkət parallaksı - optik təsirlə bağlıdır, müşahidəçinin özü hərəkətdə olduğu üçün asta hərəkət edən cismin sürətlə hərəkət etdiyini düşünür.

Bununla belə, şöbənin mütəxəssisləri "Go Fast"-da hansı obyektin lentə alındığını hələ müəyyən edə bilməyiblər.

Seçilən
12
axar.az

1Mənbələr