AZ

Zaxarova İtaliya xalqını təhqir etdi - Meloni

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bütün İtaliya xalqını təhqir edib.

Sherg.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu İtaliyanın Baş naziri Corcia Meloni deyib.

“Öz adımdan və idarə etdiyim hökumət adından Prezident Mattarellaya dəstəyimi bildirirəm. O, haqlı olaraq hər zaman Rusiyanın Ukraynaya təcavüzünü qınayıb”, – Meloni cavabında deyib.

Xatırladaq ki, daha öncə İtaliya Prezidenti Sercio Mattarella İkinci Dünya Müharibəsinə səbəb olan təcavüzkarlıqdan danışarkən Rusiyanı nümunə gətirib.

“Bu, Üçüncü Reyxin Avropadakı layihəsi idi. Rusiyanın Ukraynaya qarşı indiki təcavüzü də eyni xarakter daşıyır”, – Mattarella qeyd edib.

İtaliya Prezidentinin açıqlaması Rusiya XİN tərəfindən cavabsız qalmayıb. Məsələyə münasibət bildirən Mariya Zaxarova İtaliyanı faşizmlə ittiham edib.

“Faşizmin nə olduğunu çox gözəl bilən bir ölkənin prezidentindən bunları eşitmək qəribədir”, - o qeyd edib.

Seçilən
21
1
sherg.az

10Mənbələr