AZ

Üzeyir Hacıbəylinin 140 illik yubileyi Türkiyənin Dövlət Opera və Balet Teatrında qeyd ediləcək

İstanbul, 15 fevral, Günel Karatepe, AZƏRTAC

Türkiyənin Dövlət Opera və Balet Teatrında Türk dünyası və dünya musiqisinə misilsiz töhfələr vermiş, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd ediləcək. Aprel ayı üçün nəzərdə tutulan yubiley proqramı çərçivəsində Azərbaycan və Türkiyə opera müğənnilərinin iştirakı ilə “Zəfər dastanı: Çanaqqaladan Qarabağa” adlı konsert proqramı təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ilə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Opera və Balet Baş İdarəsinin müdiri Tan Sağtürk arasında razılıq əldə olunub.

Razılığa əsasən, Türk dövlətləri opera sənətçilərinin iştirakı ilə “Novruz” ədəbi-bədii kompozisiyasının birgə hazırlanması, ölkələrimiz arasında opera və balet sahəsində əməkdaşlığın genişləndirilməsi, o cümlədən hər iki ölkənin əsərlərinin qarşılıqlı səhnələşdirilməsi, mədəniyyətin bu sahəsi üzrə tələbə-müəllim mübadiləsi kimi fəaliyyətlər də nəzərdə tutulur.

Seçilən
33
2
azertag.az

3Mənbələr