Ehtiramla yad edirik bu günü 31 il öncə olanları ; qan yaddaşımızı, yaralı yerimizi, qanayan yaramızı, igid-igid Azərbaycan oğullarını.
101 güllə sevilməyimizin fəxarətini yox, tarixə qanlı hərflərlə yazılan 14 fevral “Murovdağ” faciəsində yaşananları-Kəlbəcər döyüşlərinin acısını yad edək… Bu sözləri İnterval.Az-a açıqlamasında Müəllif Hüquqları Uğrunda İctimai Birliyini-n İdarə
Heyəti Sədrinin müavini Zamiq Yunisov bildirib.
Heyəti Sədrinin müavini Zamiq Yunisov bildirib.
Azərbaycan ordusunun tam formalaşmadığı vaxtlarda ən şərəfli döyüş yollarından biri də Murovdağ istiqamətində olan döyüş əməliyyatları olub. Bu əməliyyatlarda 144 nəfər şəhid olub, 111 nəfər itkin düşüb, 1337 nəfərdə donvurma halları qeydə alınıb.
![](https://interval.az/wp-content/uploads/2025/02/479956936_639453448555264_6915313970785882235_n-300x225.jpg)
14 fevral 1994-cü ildə Murov dağı ətrafında rus-erməni işğalçı terroristləri ilə ağır döyüşlərdə həlak olan Azərbaycan Ordusunun həlak olan qəhrəmanlarına sayqı və hüzünlə…
14 fevral 1994-cü ildə Cəmilli kəndindəki briqada komandanlığının iclasında zabitlərə komandanlığın Kəlbəcər bölgəsini tərk etmə əmri barədə məlumat verildi. Cəmilli kəndi uğrunda döyüşlərdə Feyruz Alışov əsir götürüldü. Ömər aşırımından keçən yolun Ermənistan qoşunlarının nəzarəti altında olması səbəbindən Azərbaycan qoşunları Kəlbəcər bölgəsini ensiz Susuzluq-Təkəqaya-Ağdağ yolu ilə tərk etmək məcburiyyətində qaldı. Bütün ağır texnika isə tərk edildi.
![](https://interval.az/wp-content/uploads/2025/02/479676175_639453758555233_4552587954433618697_n-300x189.jpg)
Qışda dağlıq ərazilərdə, güclü qar və dəhşətli soyuqda baş verən bu geri çəkilmə zamanı yüzlərlə əsgər donaraq öldü və ya itkin düşdü. Soyuqdan bəzi əsgərlər isinmək üçün pencəklərini yandırdılar, donvurmadan ölənlərin cəsədləri isə götürülmədi. Hadisələrin iştirakçısı polkovnik-leytenant İntiqam Mirzəyev Azərbaycan qoşunlarının Kəlbəcər rayonundan çıxarılmasını belə təsvir edir: “Yerdə oturub dayana bilməzdiniz. Oturmaq ölmək demək idi. Əsgərlərə mümkün qədər çox hərəkət etmələri barədə əmr edildi, çünki dayansalar və ya yerdə otursalar donacaqdılar. Şaxta üzümüzü kəsirdi. Bəzi əsgərlər soyuqdan dəli olmuşdular. Mahnı oxuyan əsgərlərin soyuq çaya necə qaçdıqlarını və soyunub suya necə girdiklərini görürdüm, yerdə oturanlar isə yerindəcə donub qalırdılar.
![](https://interval.az/wp-content/uploads/2025/02/480028714_639453375221938_5593805257531341566_n-300x188.jpg)
Heç bir halda dayanmamaq əmri verildi. Hətta komandirimiz polkovnik İntiqam Abdullayev belə yorğunluqdan yerə oturdu. Yanına gəldim və getdikcə huşunu itirdiyini gördüm. Üzünə bir neçə dəfə vurdum. Ona dedim: “Qalx. Gedək.” Cavab verdi: “Mən qaldım, sən get!”. (Vəliməmmədov, 2019:159).
Döyüşlərin iştirakçısı, 701 saylı hərbi hissənin tağım komandirinin müavini, o dövrdə 19 yaşında olan baş çavuş Vaqif Abbasov belə xatırlayır: “12 fevralda çox güclü qar yağmağa başladı. Fevralın 13-də Murovdağın yamaclarında şimal mövqelərinə çəkilmək əmri aldıq. 18-20 fevral tarixlərində düşmən iki briqadamızı mühasirəyə ala bildi. Onlara çatmağa çalışdıq, amma qar yağması bizə mane oldu. Bir çox əsgər uçqun altında qalaraq həlak oldu. “
![](https://interval.az/wp-content/uploads/2025/02/480100561_639453371888605_1715859796269165361_n-300x202.jpg)
30 yaşlı əslən Kəlbəcərdən olan Təyyar Muxtarovun sözlərinə görə əsgər yoldaşlarının çoxu güllə və mərmilərdən deyil, don nəticəsində həlak olmuşdu. Mühasirəyə alınan qoşunları boşaltmaq üçün vertolyotlar istifadə edildi. 1994-cü ilin qışında Kəlbəcərdə çəkilən videokadrlarda Kəlbəcər bölgəsindən qoşunların təxliyyəsinin hansı şəraitdə həyata keçirildiyi göstərilir. 20 Fevrala qədər Azərbaycan ordusu Murovdağ silsiləsindən geri çəkildi. 10 fevraldan 20 fevrala qədər çox sayıda əsgər uçqun və donvurma nəticəsində həlak olmuşdu. Hələ də Azərbaycan qoşunlarının itkiləri barədə rəsmi məlumat yoxdur. Son yenilənmiş məlumatlara görə, Kəlbəcər bölgəsindəki döyüşlər zamanı Azərbaycan qaynaqlarına görə ordunun ümumi itkisi 1592 nəfər idi. Ölən əsgərlərin 1337-si donvurmadan həyatını itirmişdi, 111-i isə itkin düşdü. Tomas de Vaal Ömər dağı döyüşlərində Azərbaycan ordusunun 4000-ə yaxın itki verdiyini qeyd edir .
Bir daha yaşanmaması diləyi ilə Tanrı xalqımı və Vətənimi qorusun.