AZ

Fransada kursant avtomobillə 5 nəfərə xəsarət yetirib

Bakı, 15 fevral, AZƏRTAC

Fransanın Lil şəhərində polis məktəbinin kursantı barın qarşısında avtomobillə 5 nəfərə xəsarət yetirib.

AZƏRTAC “Le Matin” saytına istinadla xəbər verir ki, kursant sərxoş olduğu üçün bardan çıxarılıb. O isə bir müddət sonra geri qayıdaraq qisas məqsədi ilə avtomobili barın qarşısında dayananların üzərinə sürüb. Xilasedicilərin məlumatına görə, xəsarət alan 5 nəfərdən birinin vəziyyəti ağırdır.

Hadisəni törətməkdə təqsirləndirilən kursant həbs edilib.

Seçilən
21
7
azertag.az

8Mənbələr